Bakı. Trend:
Bu ilin 6 ayında 17 437 qadına pensiya təyin olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, cari ilin iyun ayında 2443 qadına pensiya təyin olunub.
Bundan əlavə, ötən ilin 6 ayında isə 15 495 qadın üçün pensiya təyinatı aparılıb.
Yəni, cari ilin 6 ayında pensiya təyin olunan qadınların sayı 1942 nəfər və ya 12,5 % çox olub.
2024-cü ilin iyul - 2025-ci ilin iyun aylarında 24 097, son 5 ildə (2020-2025-ci illərdə) isə 95 200 qadına pensiya təyin edilib.
Qeyd edək ki, iyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olub.
“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Qadınların pensiya yaşı sonuncu dəfə 2024-cü il iyulun 1-dən 6 ay artırılaraq 64 yaş edilib.