...

ABŞ FES-nin sentyabr ayına qədər uçot dərəcəsinin azaldılması mümkündür - Nazir

Dünya xəbərləri Materials 2 İyul 2025 08:37 (UTC +04:00)
ABŞ FES-nin sentyabr ayına qədər uçot dərəcəsinin azaldılması mümkündür - Nazir

Bakı. Trend:

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FES) sentyabr ayına qədər faiz dərəcəsini azalda bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.

"Hesab edirəm ki, burada meyar rüsumların inflyasiyaya səbəb olmamasıdır. Əgər onlar bu meyardan irəli getməyi planlaşdırırlarsa, güman edirəm ki, bunu daha sürətli, amma mütləq sentyabr ayına qədər edə bilərlər", - deyə o bildirib.

Qeyd edək ki, iyunun 18-də FES uçot dərəcəsini dəyişməyərək 4,25-4,5 faiz səviyyəsində saxlamaq qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti