Bakı. Trend:
İsrail Yəmənə yeni zərbələr endirmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə İsrailin müdafiə naziri İsrail Kats "Ənsar Allah" hərəkatının husi üsyançılarının növbəti raket hücumundan sonra "X" sosial şəbəkəsində yazıb.
"Tehranda ilanın başını vurandan sonra Yəməndə də ilanın quyruğunu vuracağıq. İsrailə əl qaldıran hər kəsin əli kəsiləcək", - deyə o bildirib.
Kats vurğulayıb ki, İsrail İranla necə davranırsa, Yəmənlə də eyni şəkildə davranmaq niyyətindədir.