...

Klublararası dünya çempionatında 1/4 finalın sonuncu iştirakçısı bəlli olub

İdman Materials 2 İyul 2025 08:58 (UTC +04:00)
Klublararası dünya çempionatında 1/4 finalın sonuncu iştirakçısı bəlli olub

Bakı. Trend:

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.

Trend-in məlumatına görə, bu raundun son matçında Almaniyanın "Borussiya Dortmund" və Meksikanın "Monterrey" komandaları üz-üzə gəliblər.

Rəqibini 2:1 hesabı ilə məğlub edən Dortmund təmsilçisi 1/4 finalda İspaniyanın "Real Madrid" klubuna rəqib olub.

Qeyd edək ki, klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti