Bakı. Trend:
Bioloji qohumluğu olan şəxslər arasında cari ilin yanvar ayında 252, fevralda 131, martda 176, apreldə 139, mayda 271, iyunda isə 460 nikah qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bioloji qohumluğu olan şəxslər arasında 2025-ci ilin yanvar ayında 252, fevralda 131, martda 176, apreldə 139, mayda 271, iyunda isə 460 nikah qeydə alınıb.
2024-cü ilin yanvar ayında isə 155, fevralda 113, martda 116, apreldə 111, may ayında 121, iyunda 134 belə nikah rəsmiləşdirilib.
Əlavə edilib ki, 2021-ci ildə 2199, 2022-cü ildə 2542, 2023-cü ildə 1950, 2024-cü ildə 2060 belə nikah qeydə alınıb.
Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, bu şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək: qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu. Bu qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minib.