Laçın. Trend:
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu keçirilir.
Trend-in Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə “İƏT Həftəsi” çərçivəsində baş tutur.
Forumda qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması, iqlim davamlılığı üçün insan inkişafında qadınların rolu, təhsil vasitəsilə qızlar və qadınlar üçün imkanların artırılması və digər mövzular müzakirə olunacaq.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova formda çıxış edərək bildirib ki, İƏT kimi vacib bir regional format çərçivəsində Qadınlar Forumunun keçirilməsi, qadınların davamlı inkişaf və iqlimə dayanıqlı gələcəyin qurulması sahəsində sistemli və davamlı regional əməkdaşlığın başlanğıcı ola bilər.
O bildirib ki, qadınların iqtisadi imkanlarının artırılması və sosial rifahının təmin olunması cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisidir.
"Biz inanırıq ki, qadının iqtisadi müstəqilliyi olmadan onun sosial və siyasi güclənməsindən danışmaq mümkün deyil. Odur ki, Azərbaycan daim bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və bu sahədəki müsbət təcrübəsini paylaşmağa hazırdır.
Ölkəmizdə qadın sahibkarlığının inkişafı üçün güzəştli maliyyə alətləri, bacarıqların artırılması proqramları, kənd yerlərində qadın əməkdaşlığını gücləndirən kooperativ modelləri geniş vüsət almışdır.
Eyni zamanda, qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində də ölkəmiz ciddi nəticələr əldə etmişdir. Gənc qadın alimlərimiz, təşəbbüskar sahibkarlarımız, müəllim və mühəndislərimiz cəmiyyətin lokomotivinə çevrilməkdədir.
Laçın da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərimizdə qadınların bilavasitə iştirakı ilə reallaşan sosial-iqtisadi layihələr bu siyasətin praktik nəticəsidir. Azərbaycan qadını tarixən güclü ictimai mövqeyə malik olmuşdur. Hələ 1919-cu ildə Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnu tanıyan dövlət olaraq, bu gün biz bu irsin davamçıları kimi, bu sahədə regional əməkdaşlığı daha da möhkəmləndirməyi hədəfləyirik".
ECO baş katibinin müavini Silapberdi Nurberdiyev isə qeyd edib ki, ECO gender bərabərliyi istiqamətində mühüm addımlar atır.
O qeyd edib ki, təkcə ənənəvi deyil, müasir sahələrdə də qadınlara dəstək göstərilməlidir:
"Bu gün dünyamızda qadınlar mühüm qərarların qəbul olunmasında mühüm yer tuturlar. İƏT-də qadınların dəstəklənməsi istiqamətində ciddi addımar atır. Forum qadının güclü iqtisadi cəmiyyətin qurulmasında oynadığı rolu bir daha ortaya çıxaracaq.
İƏT rəsmisi vurğulayıb ki, təkcə ənənəvi deyil Biz iqlim problemlərin həllində qadınlara imkan yaratmalı, yaşıl iqtisadiyyatda onlara fürsət tanımalıyıq:
"Həmçinin elm və texnologiya sahəsini inkişaf etdirməliyik. Məsələn, texnologiya sahəsində də addımlar atılmalıdır. Bununla bağlı planlarımız hazırdır. Mədəni və İdman sahəsində də qadınların mövqeyini daha da gücləndirməliyik. Biz düzgün maliyyələşdirməni təmin etməliyik, real fəaliyyət keçməliyik. Qadınlar arasında rəqamsal bacarıqlar daha geniş yayılmalıdır".
Daha sonra ECO baş katibinin müavini Silapberdi Nurberdiyev çıxışında qeyd edib ki, ECO gender bərabərliyi istiqamətində mühüm addımlar atır: "Təkcə ənənəvi deyil, müasir sahələrdə də qadınlara dəstək göstərilməlidir. Bu gün dünyamızda qadınlar mühüm qərarların qəbul olunmasında mühüm yer tuturlar. İƏT-də qadınların dəstəklənməsi istiqamətində ciddi addımar atır. Forum qadının güclü iqtisadi cəmiyyətin qurulmasında oynadığı rolu bir daha ortaya çıxaracaq".
İƏT rəsmisi vurğulayıb ki, təkcə ənənəvi deyil Biz iqlim problemlərin həllində qadınlara imkan yaratmalı, yaşıl iqtisadiyyatda onlara fürsət tanımalıyıq.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov isə deyib ki, qadınların təhsil və tədrisdə rolunun artırılması əsas məqsədlərimizdən biridir.
Onun sözlərinə görə, gənc qızların təhsildə sayı artır: "Xüsusilə Azərbaycanın təhsil sisteminə gəldikdə, demək olar ki, ölkənin ən iri sistemlərindən biridir ki, bir milyon altı yüz min şagird var. Orta təhsil ocaqlarında qızlara gəldikdə, ümumi təhsildə 60 faizini təşkil edir. Universitet səviyyəsində isə 52,1 faiz tələbə qızlardır ki, bu da çox yaxşı bir göstəricidir. Qadınların ümumiyyətlə təhsil və tədrisdə rolunun artırılması bizim əsas məqsədlərimizdən biridir. Hal-hazırda bütün peşə təhsili alanlar arasında qızlar 36 faiz təşkil edir. Lakin Təhsil və Elm Nazirliyi onların sayının 40 faizə çatdırılmasını istəyir".
Əlavə olaraq Asiya İnkişaf Bankının Azərbaycan üzrə nümayəndəsi Fərəc Hüseynbəyov isə qeyd edib ki, qadınların əmək bazarında müvafiq yerə sahib olması diqqət mərkəzindədir.
Onun sözlərinə görə, qadınların bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsal biliklər, texniki və peşə bacarıqları üzrə təlim kursları təşkil edilməsi əsas hədəflərdəndir:
"Məqsədimiz keyfiyyətli iş yerlərinin yaradılmasıdır, həmçinin qadınlar üçün qeyri-ənənəvi olan peşələrə cəlb olunma imkanlarının yaradılmasıdır. Əlbəttə ki, biz təhsillə bağlı olan maliyyə dəstəklərimizi daha da artırırıq və bundan sonra da çalışırıq ki, bu baxımdan olan göstəricilər daha da yaxşılaşsın. Vətəndaş cəmiyyətinin qurulması, özəl sektorla iş birliyi, yaxşı təcrübənin bölüşdürülməsi, genderi nəzərə alan innovasiyalar sahəsində biz hər zaman fəaliyyət göstəririk. Asiya İnkişaf Bankı daim üzv dövlətlərə gender bərabərliyinin təhsil sektorunun planlarına daxil edilməsinə dəstək verir ki, təhsil sahəsində göstərilən xidmətlərdə də gender bərabərliyi nəzərə alınsın. Asiya İnkişaf Bankı daim üzv dövlətlərə gender bərabərliyinin təhsil sektorunun planlarına daxil edilməsinə dəstək verir ki, təhsil sahəsində göstərilən xidmətlərdə də gender bərabərliyi nəzərə alınsın".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva isə öz növbəsində vurğulayıb ki, Azərbaycan hökuməti işğaldan azad olmuş 8 şəhərin baş planını hazırlayıb.
Onun sözlərinə görə, 2040-ci ilə qədər dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaq. Buna görə də yeni çağırışlara cavab verilməlidir:
"Qadınların inkişafı sözügedən sahədə yüksəkdir. Həmçinin qeyd etmək lazımdır ki, şəhərdə xidmətlərə çıxış baxımından kişilər və qadınlar arasında fərq olur. Qadınların xidmətlərə çıxışı bizim və beynəlxalq təşkilatların diqqətindədir".
Əlavə olaraq BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının Azərbaycandakı nümayəndəsi Nəsar Hayat qeyd edib ki, biz dayanıqlı şəhərlər haqqında danışırıqsa, mütləq olaraq biz kənd təsərrüfatı məsələlərini nəzərdən keçirməliyik.
Onun sözlərinə görə, qlobal əhalinin 56%-i şəhər zonalarında yaşayır. Lakin onların çox böyük bir hissəsi istehlakçıdır. Və karbon izinin azaldılmasında məhz həmin istehlakçılar dayanır:
"Burada şəhərsalma vacibdir. FAO hesab edir ki, şəhərsalmada nəinki qadınlar iştirak etməlidir, o cümlədən burada digər maraqlı tərəflər də olmalıdır. Təbii ki, bu məsələ olaraq FAO “Yaşıl şəhərlər” təşəbbüsünü 2020-ci ildə irəli sürmüşdür. Hal-hazırda dünyanın 100-ə yaxın şəhərində həmin təşəbbüs həyata keçirilir və 2030-cu ilə qədər istərdik ki, dünyanın min şəhərində bu təşəbbüs reallaşsın. Kənd təsərrüfatının inkişafı şəhərdən ayrı götürülə bilməz. Bu kontekstdə Azərbaycan da istisna deyil. Çünki qadınların rəhbərlik keyfiyyətləri ərzaq sistemində çox mühüm rol oynayır və bu rol bundan sonra da davam edəcək. Dayanıqlı şəhərsalma yalnız o halda mümkündür ki, biz kənd və şəhər zonaları arasında bərabərsizliyin azaldılması ilə məşğul olaq".
Xəbər yenilənəcək