...

Ansu Fatinin "Monako"ya keçidi rəsmiləşdi

İdman Materials 1 İyul 2025 20:15 (UTC +04:00)
Ansu Fatinin "Monako"ya keçidi rəsmiləşdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend6

"Monako" Ansu Fatinin "Barselona"dan keçidini rəsmi olaraq açıqlayıb.

Trend xəbər verir ki, 22 yaşlı futbolçu 2025/26 mövsümünün sonuna qədər icarə əsasında Monako təmsilçisinin heyətində çıxış edəcək.

Müqavilədə Fatinin tam transferinin mümkünlüyü də nəzərdə tutulur. Əvvəl yayılan məlumatlara görə, "Monako" gələcəkdə ispaniyalı vingeri 11 milyon avroya transfer edə biləcək.

Fati yeni klubunda 31 nömrəli formada çıxış edəcək.

O, geridə qalan mövsümdə bütün turnirlərdə ümumilikdə 11 oyunda iştirak edib, lakin qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. Daha əvvəl "Barselona" futbolçu ilə müqaviləni 2028-ci ilin yayına qədər uzatmışdı.

Qeyd edək ki, "Transfermarkt" portalının məlumatına əsasən, Fatinin bazar dəyəri 5 milyon avro təşkil edir.

Xəbər lenti

Xəbər lenti