...

TANAP 2024-cü ildə istixana qaz emissiyalarını azaldıb

Energetika Materials 1 İyul 2025 16:17 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

TANAP (Trans-Anadolu Qaz Kəməri) layihəsinin istismarı çərçivəsində 2024-cü ildə illik istixana qazları emissiyalarının ümumi həcmi 336 800,85 ton CO2-ekvivalentində olub.

Bu barədə Trend agentliyi TANAP konsorsiumunun məlumatlarına istinadən xəbər verir.

Hesabatda qeyd olunur ki, bu göstərici 2023-cü illə müqayisədə 4,97% azdır. Həmin ildə emissiyaların həcmi 354 408,91 ton CO2-ekvivalentə bərabər olmuşdu. Bundan əlavə, 2024-cü ildə istixana qazı emissiyalarının intensivliyi (yəni nəql olunan təbii qazın hər vahidi üzrə emissiya həcmi) də ötən illə müqayisədə 6,45% azalıb. Həmçinin, nəql olunan qazın hər vahidi üzrə metan emissiyalarında da əhəmiyyətli azalma qeydə alınıb – bu göstərici 2023-cü illə müqayisədə 35,68% azalıb.

Hesabatda qeyd olunur ki, bu göstərici 2023-cü illə müqayisədə 4,97% azdır. Həmin ildə emissiyaların həcmi 354 408,91 ton CO2-ekvivalentə bərabər olmuşdu. Bundan əlavə, 2024-cü ildə istixana qazı emissiyalarının intensivliyi (yəni nəql olunan təbii qazın hər vahidi üzrə emissiya həcmi) də ötən illə müqayisədə 6,45% azalıb. Eyni zamanda, nəql olunan qazın hər vahidi üzrə metan emissiyalarında da əhəmiyyətli azalma qeydə alınıb – bu göstərici 2023-cü illə müqayisədə 35,68% azalıb.

TANAP layihəsinin 2024-cü il üzrə emissiya strukturu əsasında əsas emissiya mənbəyinin sabit yanacağın yandırılması olduğu müəyyən edilib – bu kateqoriya ümumi emissiyaların 84,92%-ni təşkil edir. Növbəti yerdə ventilyasiya emissiyaları gəlir – 8,81%, elektrik enerjisinin istehlakı ilə bağlı emissiyalar isə ümumi göstəricinin 4,50%-nə bərabərdir.

Qeyd edək ki, TANAP Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinə nəql edir. TANAP-ın ümumi dəyəri yeddi milyard dollardan azdır.

TANAP-ın ilkin ötürmə gücü ildə 16 milyard kubmetr qaz təşkil edir və gələcəkdə bu həcmin 31 milyard kubmetrə qədər artırılması mümkündür. Bu qazın təxminən 6 milyard kubmetri Türkiyəyə, qalan hissəsi isə Avropaya çatdırılır.

TANAP qaz kəmərinin Türkiyə ərazisində doldurulmasına 2018-ci ilin yanvar ayının sonunda başlanılıb.

TANAP-ın istismara verilməsi mərasimi 12 iyun 2018-ci ildə Türkiyənin Eskışəhər şəhərində keçirilib. Türkiyəyə ilk kommersiya qaz tədarükü 30 iyun 2018-ci ildə başlanıb. TANAP-ın Avropa ilə birləşməsinin açılış mərasimi 30 noyabr 2019-cu ildə Türkiyənin İpsala (Edirnə vilayəti) şəhərində baş tutub.

Genişləndirmə üçün ötürmə gücünün ildə 24 milyard kubmetrə çatdırılması məqsədilə bir neçə əlavə kompressor stansiyasının quraşdırılması tələb olunur. Gücün 31 milyard kubmetrə çatdırılması üçün ümumilikdə yeddi kompressor stansiyası lazım olacaqdır.

Hazırda Trans-Anadolu qaz kəməri vasitəsilə hidrogen qarışığının nəqli imkanları araşdırılır. Texniki baxımdan TANAP vasitəsilə nəql edilən təbii qazın tərkibində hidrogenin payı 2 faiz səviyyəsində ola bilər.

TANAP sisteminin hesablanmış istismar müddəti 2062-ci ilə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti