Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İlon Maskın bir vaxt rəhbəri olduğu Dövlət Səmərəliliyi İdarəsinin (DOGE) Maskın özünü yoxlmasını təklif edib.
Trend xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri öz “Truth Social” sosial şəbəkə hesabında yazıb.
Tramp Maskın “SpaceX” şirkətinə eyham vuraraq, raket və peyk buraxılışları və ya elektromobillərin istehsalına subsidiyalar ayrılmasaydı, ABŞ hökumətinin külli miqdarda vəsaitə qənaet edə biləcəyini bildirib.
“Bəlkə DOGE elə bu məsələni yaxşıca, necə lazımdır nəzərdən keçirsin” , - Tramp Maskın tənqidlərindən sonra bildirib.
Onun sözlərinə görə, milyarder tarixdə hər kəsdən daha çox subsidiya ala bilər və əgər bu subsidiyalar olmasaydı, yəqin ki, “işini bağlayıb Cənubi Afrikadakı evinə qayıtmalı olardı”.