Ağdam. Trend:
Region və dünyanın üzləşdiyi çağırışlar iqlim dəyişmələri ilə yaxından bağlıdır. Gənclərin bu problemlərin həllinə cəlb edilməsi bizi daha çox irəli aparacaq.
Trend-in Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyənin İqtisadi Əməkdaşlıq Təşkilatındakı gənclik nümayəndəsi Mustafa Beydilli ilk dəfə keçirilən “İƏT Həftəsi” çərçivəsində baş tutan Gənclər Forumunun “Ölkə müdaxilələri – “Milli Gənclər Strategiyalarının Dayanıqlı İnkişafa Töhfəsinin Qiymətləndirilməsi” üzrə Milli Baxışlar” sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, dayanıqlı və müqavimətli gələcək istəyiriksə, səylərimizi birləşdirməliyik.
“Türkiyə həm regional, həm də qlobal səviyyədə bu proseslərdə iştirak edir. 2025-ci ildən regional tərəfdaşlığı gücləndirmək, öz təşəbbüslərimizlə çıxış etmək niyyətindəyik. Fəaliyyət təsirli olmalıdır, - deyə M.Beydili fikrini tamamlayıb.