...

Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın nəticələri açıqlandı

Cəmiyyət Materials 1 İyul 2025 11:36 (UTC +04:00)
Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın nəticələri açıqlandı
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Gecə yarısı müayinə başa çatıb

Trend xəbər verir ki, bunu Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı ekspertizanın nəticələrinə dair mətbuat konfransında Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, meyitləri müayinə etməmişdən əvvəl ölüm haqqında şəhadətnamələr bizə təqdim olundu.

"Şəhadətnaməyə əsasən böyük qardaşın ölüm səbəbi travma göstərilib. Amma kiçik qardaşda ürəktutması qeyd olunub".

Qeyd olunub ki, kim tərəfindən öldürülməsi ilə bağlı məlumat yoxdur. Hüseyn Səfərovun meyiti müayinə edərkən çoxlu sayda travma aşkar olundu.

"Döş qəfəsi deformasiyaya uğrayıb, üst və alt dodaqların selikli qişasında qançırlar, alnın sol və sağ qaşüstü nahiyəsində cızıqlar, yuxarı ətraflarda əllərin arxa səthində qançılar, xayalarda qançırlar, sol budun iç səthinin zolaq şəkilli sıyrığı qeydə alınıb".

Ə.Həsənov qeyd edib ki, bir dəfə müayinə olunan meyitin ikinci dəfə müayinə olunması çox çətindir.

"Meyitin daxili müayinəsi zamanı başın dərisinin iç səthində qansızma, beynin sərt və yumşaq qişada qansızma, çox sayda yerdəyişmə sınıqlar qeydə alınıb. Diafraqmada qansizmalar var idi. Küt travmalar zamanı ya qaraciyər ya da dalaq cırılır. Mən hansı orqanda cırılma olduğunu dəqiq deyə bilmirəm. Biz Səfərov Hüseyn Mehdi oğlunun meyitinin müayinəsi zamanı ölüm səbəbi olaraq yuxarıda qeyd edilən səbəblərdən post travmatik şok olaraq qeydə aldıq".

Qeyd edək ki, ötən ayın 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.

Xəbər lenti

Xəbər lenti