...

Azərbaycanın çimərlik voleybolu üzrə komandası beynəlxalq turnirdə pley-offa yüksəlib

İdman Materials 1 İyul 2025 15:38 (UTC +04:00)
Azərbaycanın çimərlik voleybolu üzrə komandası beynəlxalq turnirdə pley-offa yüksəlib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Latviyanın Cesis şəhərində çimərlik voleybolu üzrə 18 yaşadək qız və oğlanlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatına start verilib.

Trend xəbər verir ki, Latviya, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna yığmalarının mübarizə apardığı turnirdə Azərbaycan iki qız və bir oğlan komandası ilə təmsil olunur.

Oğlanların yarışında komandamız (İbrahim Məmmədov / Muhəmməd Aslanlı) qrup mərhələsində Latviya və Estoniya yığmalarını 2:0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlib. Bu mərhələdə təmsilçilərimiz Litva komandası ilə qarşılaşacaq.

Qızlardan ibarət kollektiv isə qrup mərhələsində mübarizəni dayandırıblar.

Qeyd edək ki, yarışa iyulun 3-də yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti