Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Amerikalı iş adamı, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Maska “vətəninə, Cənubi Afrika Respublikasına” qayıtmağı tövsiyə edib. Bu biznesmenin Ağ Ev rəhbərinin vergilərlələ bağlı qanun layihəsini tənqid atəşinə tutmasından sonra baş verib.
Trend xəbər verir ki, Tramp öz fikirlərini “Truth Social” sosial şəbəkə hesabında bölüşüb.
“İlon ehtimal ki, tarixdə hər kəsdən daha çox subsidiya alır, özü də böyük fərqlə və bu subsidiyalar olmasaydı, yəqin ki, biznesini bağlamalı və Cənubi Afrikadakı evinə qayıtmalı olardı”, – deyə o qeyd edib.
Tramp 29 iyun tarixində “Fox News” telekanalına müsahibəsində, aralarında fikir ayrılığına baxmayaraq, Mask haqqında müsbət fikirdə olduğunu bildirib.
O əlavə edib ki, “ağıllı oğlan” Mask onunla birlikdə seçki kampaniyası aparıb, lakin bir qədər məyus qalıb. Tramp iş adamının narazılığını ABŞ hakimiyyətinin Maskın “Tesla” şirkəti tərəfindən istehsal olunan elektrikli avtomobillərin ölkədə yayılmasına yetərincə dəstək verməməsi ilə əlaqələndirib.