...

Norveçdə 109 illik kömür mədəni bağlanıb

Dünya xəbərləri Materials 1 İyul 2025 01:57 (UTC +04:00)
Norveçdə 109 illik kömür mədəni bağlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Norveçin Şpitsbergen adasındakı 7 saylı kömür mədəni bağlanaraq ölkədə bir əsrdən çox davam edən kömür hasilatına son qoyub.

Trend xəbər verir ki, bu barədə Norveçin NTB agentliyi məlumat yayıb.

1976-cı ildən fəaliyyət göstərən 7 №-li mədən son illərdə ölkədə 60-a yaxın insana iş verən yeganə kömür mədəni idi. Bazar ertəsi günü mədən kömürün sonuncu partiyasını çıxarıb.

Səlahiyyətlilər mədənin bağlanmasına səbəb kimi ehtiyatların tükənməsini və digər potensial mədən yerlərində kömürün keyfiyyətinin aşağı olmasını göstəriblər.

2024-cü ildə 7 saylı mədənin bağlanması qərarı onun fəaliyyətinin bir il uzadılmasından sonra Norveç parlamenti tərəfindən rəsmən təsdiqlənib və beləliklə, Norveçdə 109 illik kömür hasilatı tarixə qovuşub.

Xəbər lenti

Xəbər lenti