...

Aralıq dənizində Rusiya limanından neft daşıyan tankerdə partlayış baş verib

Dünya xəbərləri Materials 30 İyun 2025 22:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aralıq dənizində Rusiya limanından neft daşıyan "Vilamoura" tankeri partlayış nəticəsində sıradan çıxıb.

Trend-in "Bloomberg" agentliyinə istinadla verdiyi məlumata görə, gəmi təxminən bir milyon barel neft daşıyırdı.

Partlayış Liviya yaxınlığında dənizdə baş verib və zərərin qiymətləndirilməsi üçün tanker Yunanıstana yedəkdə aparılıb.

Partlayışın səbəbi hələlik məlum deyil. Hadisə nəticəsində dənizdə çirklənmə qeydə alınmayıb və heyət üzvlərinə heç bir xəsarət dəyməyib.

Xəbər lenti

Xəbər lenti