Bakı. Trend:
ABŞ Rusiyanı Ukraynada dərhal atəşi dayandırmağa və üçtərəfli danışıqlara keçməyə çağırıb.
Trend xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.
Kelloq həmçinin Rusiyanı vaxtı uzatmaqda ittiham edib və Kremlin mətbuat katibi Dmitri Peskovun danışıqların vəziyyəti ilə bağlı son şərhlərini "Oruell" adlandırıb.