...

Milli Məclisin deputatı Sevil Mikayılova Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) 136 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edib (VİDEO)

Siyasət Materials 30 İyun 2025 23:52 (UTC +04:00)
Milli Məclisin deputatı Sevil Mikayılova Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) 136 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edib (VİDEO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı ilə Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova Yunanıstanda keçirilən IPU-un yaradılmasının 136 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak edib.

Trend xəbər verir ki, tədbirdə üzvü olduğu IPU-nun Gender Tərəfdaşlığı Qrupu adından çıxış edən Sevil Mikayılova tədbir iştirakçılarını əlamətdar tarix münasibətilə təbrik edib.

Qeyd edək ki, IPU-nun 296-cı sessiyası 28 iyun – 1 iyul tarixlərində keçirilir.

Xəbər lenti

Xəbər lenti