...

Ali təhsil müəssisələrinin mülkiyyətçiləri işəgötürən sayılacaq

Cəmiyyət Materials 23 Dekabr 2025 17:15 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Elmi müəssisə və təşkilatların və ya ali təhsil müəssisələrinin mülkiyyətçisi və ya onun müvəkkil etdiyi müəssisə rəhbəri işəgötürən sayılacaqlar.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alan “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, müəllif olan işçinin əmək fəaliyyəti göstərdiyi təşkilati hüquqi formasından asılı olmayaraq müəssisələrin, o cümlədən elmi müəssisə və təşkilatların və ya ali təhsil müəssisələrinin mülkiyyətçisi və ya onun müvəkkil etdiyi müəssisə rəhbəri, səlahiyyətli orqanı işəgötürən sayılacaqlar.

Mövcud qanunvericiliyə görə, müəllif olan işçinin əmək fəaliyyəti göstərdiyi təşkilati hüquqi formasından asılı olmayaraq müəssisələrin mülkiyyətçisi və ya onun müvəkkil etdiyi müəssisə rəhbəri, səlahiyyətli orqanı, eləcə də “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunla qadağan olunmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər işəgötürən sayılırlar.

Xəbər lenti

Xəbər lenti