Bakı. Trend:
Dekabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Trend xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Gecə və səhər duman olacaq. Cənub-şərq küləyi gündüz şimal-qərb
küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütununu 763 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 80-85%, gündüz 70-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış
yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi
əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12°
isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.
