...

İddia sənədi üzrə bilavasitə təmsiletmə qaydaları müəyyənləşdirilir

Cəmiyyət Materials 23 Dekabr 2025 17:43 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İddia sənədi üzrə bilavasitə təmsiletmə qaydaları müəyyənləşdiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alan “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, xarici hüquqi və fiziki şəxs olan iddiaçı, patent sahibi və ya digər maraqlı şəxslər iddia sənədinin verilmə tarixinin müəyyən edilməsi, patentin qüvvədə saxlanılması üçün ödənişlərin edilməsi, əvvəlki və daha əvvəl verilmiş iddia sənədlərinin surətlərinin təqdim edilməsi, habelə digət prosedurlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bildirişlərinin alınması ilə bağlı işləri bilavasitə həmin orqanla (qurumla) aparmaq hüququna malikdirlər. Bu halda iddiaçı, patent sahibi və ya digər maraqlı şəxslər Azərbaycan Respublikası ərazisində yazışma üçün və (və ya) hüquqi sənədlərin verilməsi üçün ünvan təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti