...

Qarabağ və Şərqi Zəngəzurda investisiya imkanları Azərbaycan–Türkiyə əməkdaşlığının əsas istiqamətlərindəndir - Nazir müavini

İqtisadiyyat Materials 23 Dekabr 2025 11:16 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurda investisiya imkanları Azərbaycan–Türkiyə əməkdaşlığının əsas istiqamətlərindəndir - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur müxtəlif sahələr üzrə geniş əməkdaşlıq imkanları və birgə investisiya layihələrinin reallaşdırılması üçün böyük potensiala malikdir. Burada ağıllı şəhər, ağıllı kənd konsepsiyaları əsasında müasir yaşayış məkanları formalaşdırılır.

Trend xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda deyib.

Nazir müavini bildirib ki, bu bölgələr "yaşıl enerji" zonaları elan olunub:

"Artıq istifadəyə verilmiş Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası, yeni beynəlxalq hava limanları, sürətlə qurulan müasir nəqliyyat infrastrukturu, eləcə də biznes üçün real güzəşt və təşviqlər bu əraziləri investorlar üçün cəlbedici edir. Bu ərazilər geniş sənaye, kənd təsərrüfatı, logistika, turizm və enerji sahələri üzrə yüksək potensiala malik olmaqla, uzunmüddətli və dayanıqlı investisiya imkanları təqdim edir.
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılması üçün infrastrukturun yenilənməsi və yeni güclərin qurulması əsas prioritetlərimizdəndir".

"Bu prosesdə Türkiyə biznesinin iştirakı xüsusilə diqqətəlayiqdir. Kəlbəcər və Laçın rayonlarında 4 kiçik su elektrik stansiyasının bərpası və uzunmüddətli istismarı üzrə layihənin icrası həm enerji, həm də dayanıqlı inkişaf baxımından nümunəvi əməkdaşlıq modelidir", - S. Bəşirli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti