...

Minatəmizləmə fəaliyyətində abidələrin qorunması qaydaları müəyyənləşdirilir

Cəmiyyət Materials 23 Dekabr 2025 14:00 (UTC +04:00)
Minatəmizləmə fəaliyyətində abidələrin qorunması qaydaları müəyyənləşdirilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İnşaat, təsərrüfat və digər işlər görülərkən aşkar edilən abidələrin qorunması qaydalarında dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, minatəmizləmə fəaliyyəti həyata keçirilərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməli, həmin orqan (qurum) və elmi təşkilat tərəfindən iki ay müddətində bu Qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.

Bu halda inşaat, təsərrüfat və digər işlər, o cümlədən minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icazəsi ilə davam etdirilə biləcək.

Minatəmizləmə fəaliyyəti tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılırsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçiriləcək və abidələrin ilkin tədqiqi təmin ediləcək. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin işlər, o cümlədən minatəmizləmə fəaliyyəti aparılan yerdə öz nümayəndəsinin və mütəxəssisin iştirakını təmin edəcək.

Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən aşkar edilən abidələrin qorunması, habelə tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə tikinti, bərpa, təmir, minatəmizləmə fəaliyyəti və təsərrüfat işlərinin aparılması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti