Ekranda nümayiş etdirilən 3 900 saniyəlik yekun məzmunun ərsəyə
gəlməsi üçün sınaqlar və müxtəlif variasiyalar da daxil olmaqla,
ümumilikdə 60 000 saniyəlik süni intellekt dəstəkli video istehsalı
həyata keçirilib.
Cizgi serialının əsas qəhrəmanları Göbəklitəpədən Orxon-Yenisey
Abidələrinə, İssık gölündən Türküstana qədər uzanan bu macərada,
hər biri fərqli bir dəyəri təmsil edən beş uşaq və onlara yol
göstərən müdrik Börüdür.
Personajlar və xüsusiyyətləri:
Yiğit Alp – Komandanın lideri. Hadisələrə uzaqgörənliklə
yanaşan, çətin anlarda “son sözü demək deyil, doğru səsi seçmək”
prinsipi ilə hərəkət edən birləşdirici güc.
Tomris – Cəsarət və intuisiya rəmzi. Gözləri bağlı olsa belə,
ürəyi ilə görməyi bacaran, mübariz ruhlu bir obraz.
Sancar – Komandanın zəkası. Dünyanı məlumatlar, sensorlar və
elmin dili ilə oxuyan, analitik düşüncəsi ilə problemləri həll edən
bir tədqiqatçı.
Umay – Mərhəmət və tarazlığın rəmzi. Təbiətə, daşa və torpağa
“can” gözü ilə baxan, komandanın ən həssas və qayğıkeş ürəyi.
İşbara – Şənliyin və səmimiyyətin adı. Bitib-tükənməyən
enerjisi, zarafatları və saf davranışı ilə ən gərgin anlarda belə
üzlərə təbəssüm gətirən personaj.
Qeyd edək ki, “Oyun Avcıları” həftə içi hər gün yerli vaxtla
07:50 TRT AVAZ-da yayımlanır.