Bakı. Trend:
İxtira, faydalı model və sənaye nümunəsi sayılmayan obyektlərin siyahısı genişləndiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alan “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, ənənəvi biliklərə aid olan obyektlər (ənənəvi biliklərə əsaslanan ixtiralar istisna olmaqla) ixtira, faydalı model və sənaye nümunəsi sayılmayacaq.
