...

Türkiyə gəmiçilik təhlükəsizliyinə nəzarət sistemini Qara dənizə qədər genişləndirməyi planlaşdırır

Dünya xəbərləri Materials 23 Dekabr 2025 19:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ankara Türkiyənin gəmiçilik təhlükəsizliyinə nəzarət sisteminin fəaliyyət dairəsini Qara dənizə də şamil etməyi planlaşdırır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu yerli telekanalın efirində bildirib.

“Biz gəmiçilik təhlükəsizliyi sahəsində ciddi səylər göstəririk. Monitorinq sistemimizin fəaliyyət göstərdiyi bütün boğazlardan həm Dardanel boğazından, həm də Bosfordan keçidi nəzarətdə saxlayırıq. Radarlar vasitəsilə bu cür nəzarət xidmətlərini Mərmərə dənizinin bütün ərazisinə genişləndirəcəyik. Bu sistemi Qara dənizə də tətbiq etməyi planlaşdırırıq”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, hakimiyyət orqanları vəziyyəti Mersindən Kiprədək olan ərazidə daha yaxşı izləmək məqsədilə Şərqi Aralıq dənizində bu nəzarət sisteminin təcili tətbiqinə başlamağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti