...

Azərbaycan Yeni Zelandiya iqtisadiyyatına investisiya qoyuluşunu 14 dəfədən çox artırıb

İqtisadiyyat Materials 23 Dekabr 2025 17:17 (UTC +04:00)
Azərbaycan Yeni Zelandiya iqtisadiyyatına investisiya qoyuluşunu 14 dəfədən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Yeni Zelandiya iqtisadiyyatına birbaşa xarici investisiyalarının həcmi 7,841 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 milyon dollar və ya 14,1 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Yeni Zelandiyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,4% təşkil edib.

2024-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan sözügedən ölkəyə birbaşa xarici investisiyaların ümumi həcmi 557 min dollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti