...

ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə 30 min məxfi sənədi açıqlayıb

Dünya xəbərləri Materials 23 Dekabr 2025 22:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Ədliyyə Nazirliyi azyaşlıların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı 30 min sənəddən ibarət yeni məxfi arxivi ictimaiyyətə təqdim edib.

Trend xəbər verir ki, bu barədə nazirliyin yaydığı rəsmi açıqlamada bildirilib.

Məlumata görə, açıqlanan sənədlərin bir hissəsində ABŞ Prezidenti Donald Tramp barəsində 2020-ci il prezident seçkilərindən əvvəl irəli sürülmüş iddiaların əsassız olduğunu göstərən sübutlar yer alır.

Nazirlik qeyd edib ki, materiallar potensial zərərçəkən şəxslərin kimliyinin qorunması məqsədilə redaktə olunub.

Xatırladaq ki, bundan əvvəl, dekabrın 19-da ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı təxminən 4 min sənəd və fotoşəkil dərc etmişdi.

Xəbər lenti

Xəbər lenti