Bakı. Trend:
“Digitain” İT şirkəti brauzerlərin performansına və ya funksionallığına görə deyil, məhz istifadəçi məlumatlarının və məxfiliyin qorunma səviyyəsi baxımından qiymətləndirildiyi bir araşdırma təqdim edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Reytinqə həm klassik tətbiqlər, həm də süni intellekt əsasında yaradılmış yeni məhsullar daxil edilib.
Göstəricilərin cəminə görə ən zəif nəticəni “OpenAI” tərəfindən hazırlanmış “ChatGPT Atlas” brauzeri göstərib. Bu brauzer bağlantının qorunması və trekerlərin bloklanması da daxil olmaqla əsas testlərdən keçməyib və mümkün 100 baldan 99 maksimal risk göstəricisi alıb.
İkinci yeri 76 bal ilə “Google Chrome” tutub — eyni nəticə Vivaldi üçün də qeydə alınıb. “Microsoft Edge”-də vəziyyət nisbətən daha yaxşıdır (63 bal), ən az təhlükəsiz brauzerlərin beşliyini isə 58 balla “Opera” tamamlayır.
Reytinqdə növbəti yerləri "Ungoogled" (55 bal), "Mozilla Firefox" (50), "Apple Safari" (49), "DuckDuckGo" (44) və "Tor" (40) tutur; bu brauzerlər məlumatların qorunması baxımından daha yüksək səviyyə nümayiş etdiriblər.
