Bakı. Trend:
Nyu-York əmtəə birjasının bölməsi olan “Comex”də 2026-cı ilin mart ayında çatdırılmaqla gümüş fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 71 dolları ötərək tarixi maksimumunu yeniləyib.
Trend-in məlumatına görə, bu, ticarət platformasının göstəricilərindən bəlli olur.
Bakı vaxtı ilə saat 21:04-ə olan məlumata əsasən, qiymətli metalın dəyəri 3,68 faiz artaraq bir troya unsiyası üçün 71,085 dollar təşkil edib. Saat 21:20-yə yaxın gümüşün qiymətində artım tempi bir qədər zəifləyərək 71,11 dollar səviyyəsində (+3,71 faiz) qərarlaşıb.
Eyni zamanda, “Comex” birjasında 2026-cı ilin fevralında çatdırılmaqla qızıl fyuçerslərinin qiyməti 4 503,9 dollar (+0,77 faiz) səviyyəsində olub.
