...

Energetika sahəsində yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Materials 23 Dekabr 2025 17:02 (UTC +04:00)
Energetika sahəsində yeni dövlət standartları qəbul edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO 50006:2025 “Enerji menecmenti sistemləri - Enerji səmərəlilik göstəriciləri və cari enerji göstəricilərindən istifadə edərək enerji səmərələliyinin qiymətləndirilməsi”, AZS ISO/PAS 50010:2025 “Enerji menecmenti və enerjiyə qənaət – ISO 50001 enerji menecmenti sistemindən istifadə etməklə əməliyyatlarda xalis sıfır əldə olunması üçün rəhbərlik” dövlət standartlarını qəbul edib.

Bu barədə Trend-ə AZSTAND-dan bildirilib.

Bildirilir ki, sözügedən standartların qəbulu müəssisələrin enerji istifadəsi izləmələrinə, enerji performans göstəricilərinin qiymətləndirilməsinə və enerjiyə qənaət strategiyalarının həyata keçirilməsinə töhfə verəcək. Nəticədə yerli müəssisələr enerji səmərəliliyi sahəsində beynəlxalq bazarda rəqabət üstünlüyünə malik olacaqlar.

Qeyd edək ki, yeni dövlət standartları Azərbaycan Respublikasının Energetika Nazirliyinin sədrlik etdiyi “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 46) tərəfindən təqdim edilib və AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Xəbər lenti

Xəbər lenti