Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qudyalçayın rayon ərazisindən keçən hissəsində növbəti təmizlik aksiyası keçirilib.
Əraziyə işçi qüvvəsi ilə yanaşı xeyli sayda xüsusi texnika da cəlb olunub. Gün ərzində çayın ətrafı məişət və digər tullantılardan təmizlənib.
Rayon ərazisində təmizlik aksiyaları mütəmadi olaraq davam etdirilir.