...

Ukrayna ordusunda iri miqyaslı audit aparılacaq

Dünya xəbərləri Materials 23 Dekabr 2025 11:00 (UTC +04:00)
Ukrayna ordusunda iri miqyaslı audit aparılacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın Dövlət Audit Xidməti müdafiə-sənaye kompleksinə aid 86 təsərrüfat subyektində və Müdafiə Nazirliyinə məxsus 2 dövlət müəssisəsində yoxlamalara başlayır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Audit Ukraynada baş vermiş irimiqyaslı korrupsiya qalmaqalından və xüsusən dövlət satınalmaları zamanı müdafiə sahəsində korrupsiyaya yüksək vəzifəli məmurların mümkün cəlb olunması ilə bağlı məlumatlardan sonra Prezident Volodimir Zelenskinin tapşırığı ilə həyata keçirilir.

Dövlət Audit Xidmətinin sədri Alla Basalayeva bildirib ki, audit və təftişlər silahların istehsalı və satın alınmasına cəlb olunmuş müdafiə-sənaye kompleksinə aid 86 təsərrüfat subyektində, eləcə də Müdafiə Nazirliyinin iki dövlət müəssisəsində – Müdafiə Satınalmaları Agentliyində və Dövlət Təchizat Operatorunda aparılacaq.

Dövlət maliyyə nəzarəti tədbirlərinə Dövlət Audit Xidmətinin təxminən 500 əməkdaşı cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti