Bakı. Trend:
Çinin texnologiya nəhəngi “Lenovo” şirkəti yaxın gələcəkdə iki ekranlı noutbukunu işığa çıxaracaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, yeni “ThinkPad Rollable XD Concept” adlı noutbukun CES2026 beynəlxalq sərgisində təqdimatı nəzərdə tutulub.
Konseptual cihaz şaquli istiqamətdə genişlənən və ölçüsünü 13 düymdən 16 düymədək dəyişə bilən displeylə təchiz olunub. Həmçinin qurğu şəffaf qapağa malikdir; OLED-matriks bu qapağın altına bükülə bilir. Beləliklə, kompüter faktiki olaraq ikinci xarici ekrana sahib olur.
Mənbələrin bildirdiyinə görə, şəffaf qapaq “Corning Gorilla Glass Victus 2” şüşəsi ilə qorunur. İkinci ekran 180 dərəcə baxış bucağına malikdir. Media müəlliflərinin sözlərinə görə, əlavə displeyin əsas təyinatı noutbuk qatlanmış vəziyyətdə olduqda məlumatların göstərilməsidir.
