...

İspaniyada VI əsrə aid qızıl tac və digər qiymətli arxeoloji tapıntılar aşkarlanıb

Dünya xəbərləri Materials 23 Dekabr 2025 21:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya polisi oğurlanmış, VI əsrə aid qızıl tac, gümüş sikkələr və yüksək tarixi dəyərə malik digər arxeoloji tapıntıları aşkar edib.

Trend xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının yaydığı açıqlamada bildirilib.

Məlumata görə, arxeoloji oğurluqlarda təqsirli bilinən yeddi nəfər saxlanılıb. Şübhəli şəxslərin Leon və Valyadolid şəhərlərində yerləşən bir neçə arxeoloji ərazinin talan edilməsində, həmçinin ələ keçirilmiş artefaktların qanunsuz satışında iştirak etdikləri müəyyən olunub.

İlkin hesablamalara əsasən, oğurlanmış arxeoloji tapıntıların satışından əldə edilən gəlir bir milyon avronu keçib.

Müsadirə olunmuş artefaktların elmi tədqiqatların aparılması üçün muzeyə təhvil veriləcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti