...

İtaliyada "Ryanair" iri məbləğdə cərimə olunub

Dünya xəbərləri Materials 23 Dekabr 2025 17:26 (UTC +04:00)
İtaliyada "Ryanair" iri məbləğdə cərimə olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın anti-inhisar idarəsi (Antitrust) “Ryanair” hava yolları şirkətini 255,761 avro məbləğində cərimələyib. Qurum bu qərarı aviadaşıyıcının 2023-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər öz dominant mövqeyindən sui-istifadə etməsi ilə əsaslandırır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qurumun bəyanatına görə, Ryanair “turizm agentlikləri, onlayn turizm agentlikləri və pərakəndə satıcılar tərəfindən “Ryanair”in aviabiletlərinin digər daşıyıcıların biletləri və/və ya digər turizm və sığorta xidmətləri ilə birlikdə öz veb-saytı üzərindən alınmasını bloklamağa, əngəlləməyə və ya bu prosesdə əlavə iqtisadi və ya texniki çətinliklər yaratmağa yönəlmiş strategiyaya əl atıb”.

Bəyanatda qeyd olunur ki, Ryanair İtaliyaya və İtaliyadan daxili və Avropa üzrə müntəzəm sərnişin hava daşımaları bazarında onlayn turizm agentlikləri və turizm agentlikləri üçün xidmət təminatçısı qismində dominant mövqe tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti