Bakı.Trend:
Paytaxtın Xətai rayonunun bəzi ərazilərinin qaz təminatında fasilə yaranacaq.
Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar 24.12.2025-ci il tarixdə saat 10:00-dan etibarən Xətai rayonunun M.Hadi, R.Məmmədov, Cavanşir, X.Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik.
