Bakı. Trend:
"Əl-Hilal"dan ayrıldıqdan sonra klubsuz qalan Renan Lodi karyerasını bərpa etməyə hazırlaşır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, braziliyalı futbolçu ölkəsində oynayacaq. Lodi "Atletiko Mineyro" ilə anlaşıb.
27 yaşlı sol cinah müdafiəçisi A Seriyası təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq.