...

Zəngəzur dəhlizinin reallaşması ilə ticarətimiz sürətlə artacaq - Nazir (ÖZƏL)

İqtisadiyyat Materials 23 Dekabr 2025 12:40 (UTC +04:00)
Zəngəzur dəhlizinin reallaşması ilə ticarətimiz sürətlə artacaq - Nazir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizinin açılması ilə ticarətimiz sürətlə artacaq.

Bu sözləri Trend-ə açıqlamasında Türkiyənin ticarət naziri Ömər Bolat bu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda deyib.

Nazir bildirib ki, iki ölkə arasında müəyyən olunmuş strateji məqsədlərə çatmaq üçün bir sıra mühüm iqtisadi tədbirlər həyata keçirilmişdir: "Bu çərçivədə, müəyyən tədbirlər keçirilmiş, 110-dan çox konkret tədbir müəyyən edilərək ətraflı bir fəaliyyət planı hazırlanmışdır. Bu tədbirlər sayəsində qarşıya qoyulan hədəflərə, 15 milyard dollarlıq ticarət hədəfinə uğurla nail olacağıq".

"Eyni zamanda, Türkiyə-Azərbaycan Tercihli Ticarət Anlaşması (TTA) aktiv şəkildə tətbiq olunur və bu, ikitərəfli ticarətin artırılmasına mühüm töhfə verir. Yatırımların təşviqi məqsədilə isə ikinci Azərbaycan-Türkiyə İnvestisiya Forumunu uğurla təşkil etdik.

Ən önəmlisi isə Zəngəzur dəhlizinin açılması ilə ticarətimizin sürətlə artacağıdır. Bu dəhliz yalnız mal və xidmət dövriyyəsini artırmaqla qalmayacaq, həm də bölgədə iqtisadi əməkdaşlıq imkanlarını genişləndirəcək. Biz inanırıq ki, iki ölkə arasında iqtisadi münasibətlər tariximizin ən yüksək səviyyəsinə çatacaq", - deyə nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti