Bakı. Trend:
ABŞ-nin Ermənistandakı səfiri geri çağırılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
ABŞ-nin Ermənistandakı səfirliyi Kristina Kvinin Birləşmiş Ştatların Ermənistandakı diplomatik missiyasının rəhbəri vəzifəsindən geri çağırılmasını təsdiqləyib.
“Səfir Kvin üç il müddətində vəzifədə çalışdıqdan sonra yanvarın ortasında Ermənistan Respublikasındakı missiyasını başa çatdıracaq”, - deyə ABŞ-nin Ermənistandakı səfirliyinin mətbuat xidməti tərəfindən yayılan məlumatda bildirilir.
Məlumatda vurğulanır ki, səfirin ayrılmasından sonra ABŞ-nin Ermənistana münasibətdə siyasəti dəyişməyəcək.
