...

Məqsədimiz 15 milyard dollarlıq ticarət hədəfinə çatmaqdır - Cevdet Yılmaz

İqtisadiyyat Materials 23 Dekabr 2025 10:55 (UTC +04:00)
Məqsədimiz 15 milyard dollarlıq ticarət hədəfinə çatmaqdır - Cevdet Yılmaz
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İkitərəfli ticarət dövriyyəmizə baxdıqda, ötən il Azərbaycanla ticarətimizin 8 milyard ABŞ dollarına çatdığını görürük. Bu, olduqca əhəmiyyətli göstəricidir.

Trend xəbər verir ki, bunu Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz bu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda deyib.

O bildirib ki, cari ildə müəyyən azalma ehtimalı mövcuddur ki, bu da əsasən neft qiymətlərindəki dəyişikliklər və digər müvəqqəti amillərlə bağlıdır:

"Lakin bu geriləmənin keçici olacağına inanırıq. Məqsədimiz, prezidentlərimizin müəyyən etdiyi 15 milyard dollarlıq ticarət hədəfinə çatmaqdır. Buna da iş dünyamızla birlikdə nail olacağımıza ürəkdən inanırıq".

İnvestisiyalar sahəsində əldə edilən nəticələr məmnunluq doğurur. Bu gün Türkiyədən Azərbaycana birbaşa investisiyalar 18 milyard dollara, Azərbaycandan Türkiyəyə yatırımlar isə 21 milyard dollara yaxınlaşıb. Ümumilikdə 39 milyard dollarlıq investisiya həcmi formalaşıb ki, bu da olduqca əhəmiyyətlidir.

Bu həcmin daha da artmasını istəyirik. Belə forumlar məhz buna xidmət edir. Çünki investisiyalarla ticarət arasında birbaşa əlaqə mövcuddur. Qarşılıqlı investisiyalar artdıqca, ticarət əlaqələrimiz də daha möhkəm və dayanıqlı zəminə oturacaq.

Bu fürsətdən istifadə edərək Türkiyə investorlarını Azərbaycana, azərbaycanlı investorları isə Türkiyəyə dəvət edirik. Yalnız qarşılıqlı deyil, üçüncü ölkələrdə də birgə layihələr həyata keçirməyi tövsiyə edirik", - deyə vitse-prezident vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti