Bakı. Trend:
"Azərbaycan Dəmir Yolları" QSC regionlararası istiqamət üzrə daha bir marşrutu istifadəyə verəcək.
Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Rahat və komfortlu səyahətini təmin etmək məqsədilə Azərbaycanın iki mədəniyyət və turizm mərkəzini birləşdirəcək müasir qatar yaxın günlərdə sərnişinlərin xidmətində olacaq.
İctimaiyyətə öncədən ətraflı məlumat təqdim ediləcək.
