...

Sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyən obyektlərin siyahısı genişləndirilir

Cəmiyyət Materials 23 Dekabr 2025 17:29 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyən obyektlərin siyahısı genişləndiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alan “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, aşağıdakıları özündə saxlayan, əks etdirən və ya təqlid edən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilmir:

  • dövlət rəmzləri (bayraq, gerb), pul nişanları, onların adları və tanınan hissələri;
  • beynəlxalq və hökumətlərarası təşkilatların qısaldılmış və ya tam adları, onların bayraqları, gerbləri, digər rəmz və nişanları, habelə həmin rəmz və nişanların adları və tanınan hissələri;
  • təltiflər, rəsmi nişanlar, nəzarət damğaları, rəsmi işarələr, möhürlər, fərqlənmə nişanları, onların adları və tanınan hissələri;
  • istənilən dövlətin müvafiq səlahiyyətli orqanının (qurumunun) razılığı olmadan həmin dövlətə məxsus olan mədəni (o cümlədən etnik və dini) irs obyektlərinin rəsmi adları, təsviri və ya onların tanınan hissələri.

Yuxarıda göstərilənlər istənilən dövlətin müvafiq səlahiyyətli orqanının (qurumunun), beynəlxalq və hökumətlərarası təşkilatın səlahiyyətli orqanının razılığı olduğu təqdirdə, qorunmayan element kimi sənaye nümunəsinə daxil edilə biləcək.

Xəbər lenti

Xəbər lenti