...

Rafinya Alkantara karyerasını başa vurub

İdman Materials 23 Dekabr 2025 13:50 (UTC +04:00)

Bakı. Trend:

“Barselona”, “İnter” və PSJ-nin sabiq futbolçusu Rafinya Alkantara karyerasını başa vurduğunu açıqlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkələrdə yayımlanan video müraciətində bildirib. O, qərarının əsas səbəbinin dizindən aldığı ciddi zədə olduğunu deyib.

Qeyd edək ki, Rafinya Alkantara “Barselona”nın yetirməsidir. O, Kataloniya klubunun heyətində 3 dəfə İspaniya çempionu olub və 2014/15 mövsümündə UEFA Çempionlar Liqasını qazanıb. Futbolçu karyerası ərzində “Selta”, PSJ, “İnter”, “Real Sosyedad” klublarında çıxış edib. Həmçinin 2016-cı ildə Braziliya millisinin heyətində Olimpiya çempionu olub.

Rafinyanın son klubu Qətərin “Əl-Ərəbi” komandası olub.

Xəbər lenti

Xəbər lenti