...

Britaniya şahzadəsinin silahdan istifadəsinə qadağa qoyulub

Dünya xəbərləri Materials 23 Dekabr 2025 20:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyalı şahzadə Endrünün silah lisenziyası ləğv olunub. İngiltərənin hüquq mühafizə orqanlarının əməkdaşları bununla bağlı kral III Karlın 65 yaşlı qardaşına Vindzordakı kral iqamətgahında baş çəkib.

Trend bu barədə xarici KİV- ə istinadən xəbər verir.

Məlumata görə, təcrübəli ovçu daha ov tüfənglərindən ibarət kolleksiyasından istifadə edə bilməyəcək.

Qeyd olunur ki, polis odlu silahları müsadirə etməsə də, onun saxlanma qaydaları və kimlərin ona çıxışı olması ilə bağlı yeni şərtlər irəli sürüb.

Xatırladaq ki, 30 oktyabr tarixində Britaniya kralı III Karl şahzadəni Ceffri Epşteyn qalmaqalı ilə bağlı bütün titullardan və imtiyazlardan məhrum edib və onu kral iqamətgahından çıxarmaq qərarı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti