Bakı. Trend:
Rəqəmsal Logistika Platforması gələn ilin sonunadək istifadəyə veriləcək.
Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda deyib.
O xatırladıb ki, Rəqəmsal Logistika Platforması iki il idi hazırlanırdı:
"Artıq bu gün platforma özü, demək olar ki hazırdır. Növbəti ilin əvvəlindən biz platformanın mərhələli şəkildə ilin sonunadək istifadəyə verəcəyik".
"Bu platforma istər idxal, istərsə də ixrac rejimləri əhatə etməklə, eləcə də bütün növ lisensiya və sertifikatlarımızı əldə etmək üçün 30-dan artıq dövlət qurumunu birləşdirir. Biz bu gün 13-dən artıq dövlət qurumu ilə inteqrasiyaları tamamlamışıq və ya tamamlamaq üzrəyik", - nazir müavini vurğulayıb.
