...

Kasparov barəsində həbs qətimkan tədbiri seçilib

Dünya xəbərləri Materials 23 Dekabr 2025 12:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada Moskva şəhər məhkəməsi şahmatçı və Rusiyanın ölkəxaricində olan müxalifət liderlərindən biri Qarri Kasparov barəsində qiyabi həbs qərarı çıxarıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“İttiham tərəfinin həbs formasında qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin olunub”, -deyə Zamoskovoretsk məhkəməsinin qərarında deyilir.

Məlumata əsasən, şahmatçı terrorçuluq fəaliyyətinə açıq çağırışlar etməsinə görə barəsində həbs qətimkan tədbiri seçilib. RF Cinayət məcəlləsinin həmin maddəsi beş ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İyun ayında “Bloomberg”məlumat verib ki, Kasparovun Cənubi Sudanda dövlət çevrilişi hazırlığında iştirak edə biləcəyi ilə bağlı iddia irəli sürmüşdü. Agentliyin məlumatına görə, şahmatçı Cənubi Sudan müxalifətçisi Piter Adjakı Uol Stritdən olan maliyyəçi Robert Qranyeri ilə tanış edib. İddia olunur ki, bu görüşdən sonra Qranyeri ölkədə hakimiyyətin dəyişdirilməsi üçün odlu silah, qumbaralar və səyyar zenit raket komplekslərinin alınmasına 7 milyon dollar vəsait ayırıb.

Kasparov öz növbəsində bu əlbirlikdə iştirakını inkar edib. O bildirib ki, həyatının böyük hissəsini vətəndaş hüquqlarının müdafiəsinə və dünyada demokratiyanın təşviqinə həsr edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti