...

Azərbaycan ilə Türkiyə arasında sənaye və texnologiya sahələrində əməkdaşlıq yeni mərhələyə yüksəlib - Əli Əsədov

Siyasət Materials 23 Dekabr 2025 10:19 (UTC +04:00)
Azərbaycan ilə Türkiyə arasında sənaye və texnologiya sahələrində əməkdaşlıq yeni mərhələyə yüksəlib - Əli Əsədov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Türkiyə arasında sənaye və texnologiya sahələrində də əməkdaşlıq son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda deyib.

Baş nazir vurğulayıb ki, qarşılıqlı təcrübə mübadiləsi, insan kapitalının inkişafı və müasir texnologiyaların tətbiqi üzrə atılan addımlar sənaye potensialımızın gücləndirilməsinə xidmət edir:

"Bu çərçivədə istehsal sahələrində, xüsusilə metal emalı, maşınqayırma və digər baza sənaye istiqamətlərində qabaqcıl texnologiyaların tətbiqi üzrə bilik və bacarıqların ötürülməsi həyata keçirilir".

"Müdafiə sənayesini də xüsusilə qeyd etmək istərdim. Azərbaycanda bu sahə son zamanlar yüksək templə inkişaf edir. Türkiyə ilə bu baxımdan səmərəli əməkdaşlıq qurulub.

Yüksək texnologiyalar, elektron ticarət, süni intellekt və innovasiya ekosistemləri üzrə əməkdaşlıq da regional və çoxtərəfli platformalar çərçivəsində inkişaf etdirilir.

Bu istiqamətlərdə imzalanmış sənədlər və həyata keçirilən təşəbbüslər rəqəmsal iqtisadiyyatın genişlənməsinə, yeni biznes modellərinin formalaşmasına və insan kapitalının inkişafına xidmət edir", - Baş nazir Əli Əsədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti