...

Zəngəzur dəhlizi regionun körpüsü rolunu oynayacaq - Hulusi Kılıç

İqtisadiyyat Materials 23 Dekabr 2025 14:05 (UTC +04:00)
Zəngəzur dəhlizi regionun körpüsü rolunu oynayacaq - Hulusi Kılıç
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizi regionun körpüsü rolunu oynayacaq.

Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç bu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində deyib.

O vurğulayıb ki, Zəngəzur dəhlizi açıldıqda bölgədə mühüm bir dəhliz fəaliyyətə başlayacaq:

"Bu dəhliz regionun körpüsü rolunu oynayacaq. Zəngəzur dəhlizi açıldıqda Türk dünyası ilə Türkiyə əlaqələri, o cümlədən Naxçıvan və Azərbaycanın digər bölgələri daha sıx əlaqələnəcək. Buna görə də bu layihə böyük əhəmiyyət daşıyır".

Sabiq səfir Azərbaycan-Türkiyə iqtisadi-siyasi əlaqələrindən də danışıb:

"Türkiyə-Azərbaycan əlaqələri günbəgün inkişaf edir və möhkəmlənir. Buna görə də biz çox məmnunuq ki, iki qardaş ölkə arasında xüsusi və yaxın münasibətlər mövcuddur. Hər kəsin bu əlaqələri dəstəkləməsi vacibdir.

Bugünkü forum da buna əyani nümunə oldu. Həm Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, həm də Azərbaycanın Baş naziri Əli Əsədov çıxışlar etdilər və görüş çox səmərəli oldu".

"Bundan əlavə, forum zamanı 15 milyard dollarlıq ticarət hədəfi də müzakirə olundu. Bu hədəfə nail olmaq üçün hər iki tərəf lazımi tədbirlərin görülməsi üzrə addımlar atır. İnanıram və şübhə etmirəm ki, yaxın gələcəkdə bu hədəf tam reallaşacaq", - H. Kılıç əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti