...

Britaniyada məşhur eko-fəal həbs olunub

Dünya xəbərləri Materials 23 Dekabr 2025 16:53 (UTC +04:00)
Britaniyada məşhur eko-fəal həbs olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyada tanınmış eko-fəal Qreta Tunberq Fələstinə dəstək aksiyasında iştirak etdikdən sonra terrorçu təşkilata dəstək olma şübhəsi ilə yerli hüquq mühafizə orqnaları tərəfindən həbs olunub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 22 yaşlı etirazçı “Palestine Action” hərəkatının reydlərində iştirak ittihamı ilə həbsxanada cəza çəkən və etiraz olaraq aclıq aksiyası keçirən məhbuslara dəstək məqsədilə Londonun mərkəzində keçirilən aksiyada polis tərəfindən saxlanılıb.

Tunberq aksiya yerinə plakatlarla gəlib. Etirazçıların İsraillə əlaqəli müdafiə şirkəti olan “Elbit Systems”ə xidmət göstərən “Aspen Insurance” sığorta şirkətinin ofislərini boya ilə boyamasından sonra o, polis tərəfindən aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti