...

Azərbaycan QHT-ləri ABŞ-nin Lemkin İnstitutunu üzr istəməyə çağırır

Cəmiyyət Materials 23 Dekabr 2025 14:19 (UTC +04:00)
Azərbaycan QHT-ləri ABŞ-nin Lemkin İnstitutunu üzr istəməyə çağırır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan QHT-lərinin çətir təşkilatı olan, sıralarında yüzlərlə ictimai təsisatı birləşdirən Azərbaycan Milli QHT Forumu ABŞ-nin Lemkin İnstitutunun Ruben Vardanyan daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməni əsilli şəxslərin azadlığa buraxılmasına dair çağırışını pisləyən "Açıq Məktub"la çıxış edib.

Trend xəbər verir ki, "Açıq Məktub"da Lemkin İnstitutunun ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh missiyasına xələl gətirmək cəhdləri təxribat kimi dəyərləndirilir. O da qeyd olunur ki, Lyusi Mirzoyan kimi etnik və dini bölücülük salan şəxslərin idarəçiliyində yer aldığı Lemkin İnstitutu Ermənistandakı revanşist qrupun maraqlarını ifadə edir, Azərbaycan və Ermənistan arasında sülh gündəliyini sarsıtmağa çalışır. İfşa xarakterli "Açıq Məktub"da xüsusi vurğulanır ki, İnstitutun adını daşıdığı Rafael Lemkinin öz ailəsinin belə bu addan sui-istifadəyə görə açıq tənqidlərinə məruz qalan Lemkin İnstitutu Ermənistanda da birmənalı qarşılanmır. Məsələn, Ermənistanın Zoryan İnstitutu bu təsisatın əsassız mövqeyini dəfələrlə açıq şəkildə sorğulayıb.

Azərbaycan Milli QHT Forumu hesab edir ki, Xocalı soyqırımı kimi kütləvi qırğınlara göz yuman Lemkin İnstitutunun müharibə cinayətlərində ittiham olunan erməni əsilli şəxsləri azad etməyə çağırması ilk növbədə təşkilatın elan etdiyi missiyaya xəyanətdir.

Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutunu məsuliyyətli davranmağa, Azərbaycan ictimaiyyətə üzr istəməyə dəvət edib.

Lemkin İnstitutu "Açıq Məktub"da göstərilən faktlara cavab verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti